Kommunal Ödəmələr

əhalinin və mənzil sahələri icarəçilərinin kommunal xidmətlərdən istifadə etdiklərinə görə ödəmələri.
Kommunal Xidmətlər
Kommunikasiya
OBASTAN VİKİ
Kommunal həmrəylik
Kommunal həmrəylik, bir kənd və ya kənd icması (bir cəmiyyət tərəfindən də edilə bilər) içində işlərin könüllü və ya məcburi olaraq həmrəylik göstərərək edilməsidir. Kəndin hər hansı bir probleminin həll edilməsinə qərar verilibsə bu zaman kənddəki hər ev işçi çatışmazlığını ödəməlidir. Əgər pul da toplanacaqsa buna Mərkəz lövhəsi deyilir. Bir çatışmazlıq üçün pul toplanılmasına qərar verilibsə, hər evin ölçüsünə nisbətdə maddi kömək edilməlidir. Kommunal işbirliyi, kəndlərdə və ya kiçik qəsəbələrdə hər kəs tərəfindən qəbul edilmiş yazılmamış qanuna əsaslanan bir həmrəylik təşkilatıdır. Bir bələdiyyənin görməli olub lakin görmədiyi bir çox iş bu şəkildə edilir. Kommunal həmrəyliklə edilən bəzi işlərə nümunə aşağıda göstərilmişdir: Kənddə kanalizasiya sisteminin qurulması Kənddə otlaq sahələrinin təmizlənməsi. Toy və ya yas yerlərinin qurulması. Məktəb tikintisi. Məscid tikintisi.
Kommunal möhkəmləndirmə
Kommunal gücləndirmə — bir konsepsiya və ya fikrin onu dəstəkləmək üçün kifayət qədər empirik sübutların təqdim edilib-edilməməsindən asılı olmayaraq bir cəmiyyətdə dəfələrlə təsdiqləndiyi sosial fenomen. Zaman keçdikcə bu konsepsiya və ya ideya bir çox insanların zehnində möhkəm bir inanca çevrilir və icma üzvləri tərəfindən fakt kimi qəbul edilə bilər. Çox vaxt konsepsiya və ya ideya kütləvi informasiya vasitələrində, kitablarda və ya digər ünsiyyət vasitələrində nəşrlər vasitəsilə daha da gücləndirilə bilər. "Milyonlarla insanın hamısı səhv ola bilməz" ifadəsi faktoidlərin geniş şəkildə qəbul edilməsinə kömək edən, cəmiyyət tərəfindən gücləndirilmiş bir ideyanı şübhəsiz qəbul etmək üçün ümumi tendensiyanın göstəricisidir. Bu terminə çox oxşar bir termin narkotik asılılığını dayandırmaq üçün davranış üsulu olan icma gücləndirilməsidir. == Asılılığın müalicəsində == İcmanın gücləndirilməsi yanaşması (İGY) alkoqolizmə qarşı davranışçı bir terapiya yanaşmasıdır. Onun məqsədi içki içmək üçün müsbət gücləndirməni aradan qaldırmaq və ayıqlıq üçün müsbət gücləndirməni artırmaqla nəfsi saxlama bacarığına nail olmaqdır. İGY bir neçə müalicə komponentini, o cümlədən müştəridə içkidən imtina etmək motivasiyasını yaratmaq, müştəriyə ayıqlığa başlamaqda kömək etmək, müştərinin içmə tərzini təhlil etmək, müsbət gücləndirməni artırmaq, yeni mübarizə davranışlarını öyrənmək və bərpa prosesinə əhəmiyyətli insanları cəlb etmək amillərini özündə birləşdirir. Optimal müalicə nəticəsinə nail olmaq üçün bu komponentlər fərdi müştərinin ehtiyaclarına uyğunlaşdırıla bilər. Bundan əlavə, müalicənin nəticəsi terapevt tərzi və ilkin müalicə intensivliyi kimi amillərdən təsirlənə bilər.
Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi
Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар коммунал вә әһалијә мәишәт хидмәти ишчиси) — Azərbaycan SSR-də kommunal təsərrüfatı və əhaliyə məişət xidməti sahəsində fərqlənmiş şəxslərə 1977–1983-cü illərdə verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 20 iyul 1977-ci il tarixli Fərmanı ilə təsis edilmişdir. Fəxri ad Azərbaycanın kommunal təsərrüfatı və əhaliyə məişət xidməti sistemi müəssisələrinin və birliklərinin, elmi-tədqiqat və layihə-konstruktor təşkilatlarının bu sahədə azı 15 il işləmiş, istehsal tapşırıqlarının, sosialist öhdəliklərinin yerinə yetirilməsində, yeni xidmət növlərinin, əhaliyə xidmətin mütərəqqi forma və metodlarının tətbiq edilməsində xüsusilə fərqlənmiş, habelə yüksək ixtisaslı kadrlar hazırlanması işində böyük xidmətləri olan yüksək ixtisaslı işçilərə verilirdi. 26 avqust 1983-cü ildə "Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi" fəxri adı ləğv edilmiş və mahiyyətcə oxşar olan "Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" fəxri adı təsis edilmişdir.
Azərbaycan Respublikasının əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi
Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар мәнзил-коммунал тәсәррүфаты вә әһалијә мәишәт хидмәти ишчиси) — Azərbaycan SSR-də mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti sahəsində fərqlənmiş şəxslərə 1983-cü ildən verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1983-cü il tarixli Fərmanı ilə təsis edilmişdir. Fəxri ad mənzil-kommunal təsərrüfatı və məişət xidməti sistemi müəssisələrinin, birlik və idarələrinin, elmi-tədqiqat və digər təşkilatlarının bu sahədə azı 15 il işləmiş fəhlələrinə, mühəndis-texnik və digər işçilərinə verilirdi. "Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" fəxri adının təsis edilməsi ilə mahiyyətcə oxşar olan "Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi" fəxri adı ləğv olunmuşdur. 5 fevral 1991-ci ildə Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılmasından, daha sonra isə Azərbaycanın müstəqillik əldə etməsindən sonra "Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" fəxri adı heç bir hüquqi sənəd qəbul olunmadan 1993-cü ilədək "Azərbaycan Respublikasının əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" adı ilə verilmişdir.
Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi

Azərbaycan Respublikasının əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçilərinin siyahısı
== 1991 ==
Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçilərinin siyahısı
== 1991 ==